23 Mart, 2020
Sipark İnşaatda koronavirusa görə iş fəaliyyəti müvəqqəti təxirə salınıb

Koronavirus (COVİD-19) infeksiyası dünyada sürətlə yayılmaqdadır. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən, sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir.

Bu tədbirlər planına uyğun olaraq Sipark İnşaatda da müəyyən önləyici addımlar atılıb. Mərkəzi ofis və Siparka aid  olan ərazilərdə dezinfeksiya işləri aparmaqla birgə, iş qrafikində də məhdudiyyətlər tətbiq olunub. Bu barədə Simsar.az - a şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən xəbər verilib. Bildirilib ki, Sipark İnşaatda koronavirusa görə iş fəaliyyəti müvəqqəti təxirə salınıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!