16 Mart, 2020
14 mənzildən oğurluq edən şəxs saxlanılıb

Bakıda mənzildən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki evlərin birindən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Eminov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 13 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!