16 Mart, 2020
Xırdalan dairəsindəki qazıntı böyük tıxaca səbəb oldu

Səhər saatlarından başlayaraq Sumqayıtdan Bakı istiqamətinə olan yolun Xırdalan dairəsinə giriş hissəsində qazıntı işlərinə başlanılıb.

Bu səbəbdən də dairəyə nəqliyyat vasitələrinin daxil olması dayandırılıb.

Hazırda Sumqayıt-Bakı yolunda Abşeron Gənclər Şəhərciyindən Xırdalan dairəsinə kimi böyük tıxac yaranıb. Həmin görüntüləri təqdim edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!