16 Mart, 2020
Ağsuda sabiq bələdiyyə sədri koronavirusla bağlı karantinə alındı

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.  Oxu.Az xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb. Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb. Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.

Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyəsinin sədri vəzifəsində çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!