13 Mart, 2020
Azərbaycan millisinin İsveçrə ilə oyunu təxirə salınıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb. U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə – Azərbaycan oyunu baş tutmayacaq.

Martın 26-da keçirilməli olan qarşılaşma koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!