13 Mart, 2020
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı

Çinli mütəxəssislər koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıblar. “The Straits Times” xəbər verir ki, onların sözlərinə əsasən, xəstəliyin dünyada yayılması iyunda bitə bilər.

Mütəxəssislər Uhanda xəstəliyin pik hədən endiyini bildiriblər. “Son günlərdə yoluxanların sayı kəskin azalmağa başlayıb. Ötən gün ərzində xəstəliyə yalnız 15 nəfər yoluxub”, - deyə mütəxəssislər bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!