12 Mart, 2020
İTV: Şirkətin əməkdaşı altıncı mərtəbədən yerə yıxılıb

Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb. Bu barədə APA-ya Şirkətdən bildirilib. Şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağrılıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir.

Qeyd edək ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.  Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!