14 İyun, 2011
NEFT EMALI ZAVODUNDA YANĞIN

Yanğınsöndürənlərin səyi nəticəsində xəsarət alan olmadı

Bu gün Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən Simsar.az-a  verilən məlumata görə, hadisə bu gün səhər saat 09.20 radələrində H.Əliyev adına Neft Emalı Zavodunun Nizami rayonunda yerləşən 2 saylı sahəsinin 21 saylı qurğusunda qeydə alınıb. Yanğın neft borularındakı izolyasiyada başlayıb. Daxil olan çağırış əsasında hadisə yerinə cəlb olunan 6 yanğınsöndürən maşın yanğını məhdudlaşdıraraq söndürməyə nail olub. 

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!