2 Mart, 2020
Nur-Sultan-Bakı aviareysləri dayandırılır

Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır.  “NewTimes.kz” məlumat verir ki, Almatı-Bakı reyslərinin sayı beşdən birə, Aktau-Bakı reyslərinin sayı isə yeddidən birə endiriləcək. Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb. “Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər”, - deyə o bildirib.

Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!