27 Fevral, 2020
İranda koronavirusdan ölənlərin sayı artdı

İranda koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır. Report “İnterfaks”a istinadən xəbər verir ki, COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, təsdiqlənmiş yoluxma halların sayı isə 141-ə çatıb. İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır – 63 nəfər.

Qeyd edək ki, daha əvvəl İran hökuməti yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyulacağını açıqlamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!