26 Fevral, 2020
15 yaşlı qız dəm qazından zəhərləndi

Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub. Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.

O, təcili olaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!