24 Fevral, 2020
İrandan gələn iki nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib

“İrandan Azərbaycana gələn koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən iki nəfərin təvəllüdü məlum olub. Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir əlaqələri olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

15:52

Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) daha iki nəfər gətirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onlardan biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə ölkəmizə səfər edən İran vətəndaşıdır: “Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, onlarda koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!