22 Fevral, 2020
Bakıda daha bir tələbə dəm qazından boğuldu

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.  Qeyd edək ki, G.Məmmədova tələbə olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!