12 Fevral, 2020
Məşhur rəsm əsəri 29.8 milyon dollara satıldı

İngilis rəssamı Devid Hokninin "The Splash" (Çıləmə) rəsm əsəri İngiltərə paytaxtında 23.1 milyon funt sterlinqə (29.8 milyon dollar) satılıb. Bu barədə "Sotheby’s" hərrac evi fevralın 11-də xəbər verib. 1966-cı ildə çəkilən rəsm sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb.

Ümumilikdə, 1937-ci ildə anadan olan sənətkar pop-art üslubunda Kaliforniyada müasir bir evin qarşısında yerləşən hovuzda su sıçrayışını təsvir edən üç rəsm əsəri çəkib. Fevralın 11-də London auksionunda satılan rəsmdən əlavə, 1966-cı ildə kətan üzərində yazılmış və şəxsi kolleksiyada saxlanılan "Small Splash" və "Big Splash" əsərləri var.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!