7 Fevral, 2020
Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu

Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub.  Bu barədə Baş Prokurorluqdan məlumat verilib.  Bildirilib ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüdlü Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib.

Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb.  Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub.  S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!