5 Fevral, 2020
Həkimlər Stiv Cobsa səhv müalicə təyin ediblər

Həkim-onkoloq Devid Aqus “Apple”in qurucusu Stiv Cobsu xərçəng xəstəliyindən müalicə edə bilməməsinin səbəbini izah edib. Bu barədə həkim “Forbes” jurnalına verdiyi müsahibədə bildirib.

D.Aqus S.Cobsun əməliyyatdan imtina edərək digər müalicə üsulunu seçdiyini deyib. “Xəstəliyinin ilk mərhələsində müraciət etdiyi həkimlər səhv edərək xəstəyə əməliyyat etməyi yox, qida terapiyasından keçməyi məsləhət görüblər. Beləliklə, xərçəng bütün bədənə yayılıb. Bu, səhv idi”.

Xatırladaq ki, S.Cobs 5 oktyabr 2011-ci il 56 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!