4 Fevral, 2020
Türkiyə yenə silkələndi: Beş dəqiqədə beş zəlzələ

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda beş dəqiqə ərzində beş zəlzələ qeydə alınıb. Bu barədə “HaberGlobal” Kandili Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutuna istinadla məlumat yayıb.

Bildirilir ki, ilk zəlzələ yerli vaxtla saat 04:27-də dörd bal gücündə və yerin yeddi kilometr dərinliyində qeydə alınıb. Sonra 04:28-də 3,4 gücündə zəlzələ baş verib. Bundan sonra isə 04:32-yə qədər üç ardıcıl zəlzələ olub.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!