1 Fevral, 2020
Balakəndə narkotacir saxlanıldı

Balakən rayonunda narkotik maddələrin satışı ilə məşğul olan narkotacir saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Simsar.az - a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri - 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Balakən RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!