29 Yanvar, 2020
Temperatur 16 dərəcəyə qalxacaq - SABAH

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az - a verilən xəbərə görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 3-6, gündüz  12-14, Bakıda  gecə 4-6, gündüz  12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!