28 Yanvar, 2020
Fatimə Mövlamlı döyülüb? - RƏSMİ

Bakı şəhər Baş Polis İdarəsi bloqer Fatimə Mövlamlıya polis tərəfindən təzyiq edilməsi məsələsinə münasibət bildirib. BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, F. Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır: “O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yanlış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır”.

Qeyd edək ki, bloqer sosial şəbəkədə Səbail rayon polis idarəsinin polisləri tərəfindən təzyiq altında saxlanılması barədə məlumat paylaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!