28 Yanvar, 2020
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçildi

Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib. Trend-in məlumatına görə, AFFA-nın yanvarın 28-də keçirilən konfransında Assosiasiyanın hazırkı rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. AFFA prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!