27 Yanvar, 2020
13 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az - a verilən xəbərə görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 2-5, gündüz  9-12, Bakıda  gecə 3-5, gündüz  10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 28-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək  isti, gündüz  8-13 dərəcə  isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti  olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!