23 Yanvar, 2020
Körpələr evində yanğın olub - QUBADA

Quba rayonunda yanğın olub. Bu barədə FHN-dən bildirilib. Xəbərə görə rayonun 2-ci Nügədi kəndində ümumi sahəsi 144 m² olan 12 saylı körpələr evinin yerləşdiyi  birmərtəbəli binanın bacasında alışma baş verib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğın, yanğın bölmələri çatana kimi işçilər tərəfdən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!