23 Yanvar, 2020
Rüşvət istəyərkən görüntülənən polis əməkdaşı ölüb

Azərbaycanda yol polisinin rüşvət alması ilə bağlı növbəti vidoegörüntü yayılıb.  Sosial şəbəkələrdə yayılan görüntülərdən bəlli olur ki, Şirvanda yol polisi sürücünü saxlayır və pul istəyir. O isə deyir ki, şirkətin sahibi rəisə “hörmət” edəcək.  Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib.  O, bildirib ki, yayılan videogörüntü araşdırılıb: “Araşdırma zamanı məlum olub ki, həmin əməkdaş 2018-ci il mayın 14-də işində yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Həmin il o vəfat edib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!