18 Yanvar, 2020
“İKOŞ” ləqəbli narkotik vasitələr satan 24 yaşlı qız saxlanılıb

Abşeronda narkotik vasitələrin alqı satqısı ilə məşğul olan “İKOŞ” ləqəblı xanım saxlanılıb. Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, 24 yaşlı İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.

Onun yaşadığı evə baxış keçirilən zaman, oradan küllü miqdarda , xüsusi bükümdə olan, 5 qram Heroin, 2 qram metodin kristal , bir ədəd tərəzi və digər  narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla Polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

“İKOŞ” ləqəbli İlkanə Nəbiyevanın əvvəllər  məhkumluğu olmayıb. O , bu cinayət əməlinə qardaşına görə qurşandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!