18 Yanvar, 2020
İtaliyada azərbaycanlı tələbə itkin düşdü

Azərbaycanlı tələbə İtaliyada itkin düşüb. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Əliquşad Xadırov 4-cü Polis Bölməsinə müraciət edərək, 24 yaşlı oğlu Cavid Xıdırlının yanvarın 10-da Turində itkin düşdüyünü bildirib. C.Xıdırlı İtaliyada universitetdə təhsil alırmış. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!