17 Yanvar, 2020
Rasim Balayev medalla təltif olundu

Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edilib. Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edib.

Tədbirə qatıla bilməyən bilməyən sənətçinin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib. (Baku.ws)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!