15 Yanvar, 2020
Beş yaşlı uşaq xəstəxanada öldü: həkim səhlənkarlığı iddiası

Bakıda A.F.Qarayev adına 2 saylı uşaq xəstəxanasında beş yaşlı Məmmədova Firuzə Ceyhun qızı vəfat edib.  Redaksiyamıza gələn müraciətdə beş yaşlı qızın həkim səhlənkarlığından vəfat etdiyi iddia edilir.

Məsələ ilə bağlı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxlayıb.

Xəstəxanın baş həkimi Azər Xudiyev bildirib ki, 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci ildə saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) xəstəxanaya gətirilib: “Müayinə zamanı uşağa Plevropnevmoniya, İkincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozları müəyyən edilib.

Reanimasiyada intensiv terapiya aparılıb. Ağciyərlər süni ventilyasiya aparatına qoşulub. Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, xəstə saat 13:35-də vəfat edib”.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!