13 İyun, 2011
ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycana əlvida deyir

Əli Bilgə Cankorelin misyası başa çatdı

ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorelin səlahiyyət müddəti başa çatır. 

Qurumun mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, səfir Əli Bilgə Cankorel iyunun 14-də bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcək. 

Mətbuat konfransı sabah saat 11.20-də Landmark Biznes Mərkəzinin Qaya zalında keçiriləcək.

Qeyd edək ki, Əli Bilgə Cankorel ATƏT-in Bakı Ofisinin rəhbəri postunda 2009-cu ilin aprelindən çalışır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!