11 Yanvar, 2020
Omanın yeni sultanı taxta çıxıb

Omanın bu gün 79 yaşında vəfat edən sultanı Qabus bin Səid Əl Səudin varisi əmisi oğlu, Sultanlığın keçmiş mədəniyyət naziri Həytəm bin Tariq əl Səid taxta çıxıb. “Al Jazeera”ə xəbər verir ki, yerli KİV-in məlumatına görə, H.Səid hakim ailənin iclasından əvvəl müvafiq şəkildə and içib. Bu məlumat hələlik rəsmi səviyyədə təsdiqlənməyib.

Qeyd edək ki, ölkə Konstitusiyasına görə, taxt-tac boşaldığı təqdirdə, yeni sultan hakim ailə tərəfindən üç gün ərzində müəyyənləşdirilməlidir. Ölkənin sultanı müsəlman, yetkin, ağlı başında, omanlı müsəlman valideynlərin qanuni oğlu kimi meyarlara uyğun gəlməlidir.

1970-ci ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş və övladı olmayan mərhum sultan Qabus Yaxın Şərqin ən uzun müddətli hakimi olaraq bir müddətdir xəstə olub və bağırsaq xərçəngindən vəfat edib. Omanın bitərəf xarici siyasəti onun adı ilə bağlıdır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!