10 Yanvar, 2020
İtkin düşən 17 yaşlı qız Sumqayıtda tapıldı

Şəmkir rayonunda itkin düşən qız tapılıb. Bu barədə Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayonu Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun Sumqayıt şəhərində olduğu müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.(yeniavaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!