10 Yanvar, 2020
Azərbaycanda 18 yaşlı oğlanlar 21 yaşlı qızı qaçırdı

Mingəçevirdə gənc qız evlənmək məqsədi ilə qaçırılıb. Report xəbər verir ki, 18 yaşlı C.Salmanov 21 yaşlı qızı zorla evlənmək üçün qaçırıb. Ona bu işdə həmyaşıdı S.Qarayev kömək edib.

Qız və valideynləri şikayətçi olduqları üçün hər iki gənc polis tərəfindən saxlanılıb.  Hər iki oğlan barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!