9 Yanvar, 2020
5 yaşlı uşaq atasını güllələdi - RUSİYADA

Rusiyada 5 yaşlı uşaq yanlışlıqla atasını güllələyib. Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Saratov vilayətinin İvanteyevka kəndində baş verib. Məlumata görə, hadisə yanvarın 3-də baş verib. Belə ki, 48 yaşlı atanın evində bir neçə silah olub. O, silahları çəkməcəyə qoyanda uşağı ona kömək etmək istəyib və silahı atasına uzadıb. Bu zaman ehtiyatsızlıq nəticəsində 5 yaşlı uşaq atasını vurub. Atəş nəticəsində güllə kişinin boynuna dəyib və o, yerindəcə keçinib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!