9 Yanvar, 2020
İranda daha bir FACİƏ – 20 nəfər öldü

İranda ağır-yol qəzası baş verib.

Yeniavaz.com “Press Tv”yə istinadən xəbər verir ki, İranın Mazandaran əyalətində Tehran-Kunbed istiqaməti üzrə hərəkət edən sərnişin avtobusu Savadkuh bölgəsində yoldan çıxaraq aşıb. Qəza nəticəsində 24 nəfər yaralanıb, 20 nəfər həyatını itirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzaya avtobusda yaranan texniki problemin səbəb olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!