9 Yanvar, 2020
Xanhüseyn Kazımlının qızı da namizəd oldu

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir. Ə. Kazımova namizədliyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya ötən gün təqdim olunub.

Məsələ ilə bağlı deputatın özü namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir: "Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirlər".

Qeyd edək ki, Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

Ə. Kazımovanın atası deputat Xanhüseyn Kazımlı birinci, ikincı,üçüncü və dördüncü çağırış Milli Məclisin deputatıdır. O, ötən illərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdi.

Xatırladaq ki, həmin dairədən deputatlığa namizədlərdən biri də V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!