8 Yanvar, 2020
Meyiti yandırılan 10 yaşlı Nərmin dəfn edildi

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub. Report-un məlumatına görə, dəfn mərasimində mərhumun yaxınları, millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak ediblər. Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!