8 Yanvar, 2020
Şəhidimizin dəfn mərasimi başladı

Dünən şəhid olan əsgərimiz Fərzəliyev Fərzalı Əlimövsüm oğlunun dəfn mərasimi başlayıb. Bununla bağlı “Qafqazinfo” məlumat yayıb. Xəbər verdiyimiz kimi, ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan sərhədçisi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub. F.Fərzəliyev Ucar rayonunun Alpı kəndində anadan olub. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. O, bu ilin aprel ayında hərbi xidmətini başa vuracaqdı.

Azvision.az-ın məlumatına görə, şəhid əsgərimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq. Şəhidin bir bacısı və bir qardaşı var. Evin sonbeşiyi olan F.Fərzəliyev nişanlı olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!