8 Yanvar, 2020
Göyərtəsində 180 sərnişin olan təyyarə İranda yanaraq yerə çırpılıb

Tehran yaxınlığında Ukrayna aviaşirkətinə məxsus  “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb. “RİA Novosti” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 180 sərnişin olub.

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb və partlayıb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!