13 İyun, 2011
Röya ərinin valideynlərilə barışıb

"Kasıbla evlənsəydim, deyəcəkdilər ki, pul verib özünə ər alıb"

“Biz Anarla ər-arvad deyilik”. Simsar.az anspress.com-a istinadən veridiyi məlumatına görə, bu açıqlamanı müğənni Roya telekanallardan birinin qonağı olarkən deyib. O sözlərinə belə davam edib: “Biz yaxşı dostuq. Biz övladımızın valideynləriyik. Biz çox yaxşı sevgiliyik”.

O, qeyd edib ki, Röya olduğunu məhz Anarla evlənməyi ilə sübut edib: “Mən belə, adlı-sanlı ailədən olan adamla evlənməliydim. Yoxsa mən Röya olmazdım. Mən öz kişimlə evlənməliydim, azərbaycanlı ilə, türk, rus, xarici ilə yox. Mən elə belə varlı ailədən olan adamla evlənməliydim. Kasıbla evlənsəydim, deyəcəkdilər ki, pul verib özünə ər alıb”.

Ərinin ailəsinin onların evliliyinə razı olmaması barədə sualı isə Röya belə cavablandırıb: “Toydan bir həfə sonra bizi qonaq çağırdılar. Dedim əgər belə idisə, toya da gələrdiniz də...”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!