7 Yanvar, 2020
Elza Seyidcahan deputatlığa namizəd oldu

"Mən parlament seçkilərində iştirak etməyə bilmərəm". Bu sözləri Modern.az-ın əməkdaşının “Parlament seçkilərinə qatılacaqsınızmı?” sualını cavablandırarkən müğənni Elza Seyidcahan deyib. O, açıqlamasını belə davam etdirib: “Çünki Elza Seyidcahanı xalq sevir, Elza Seyidcahan da xalqı sevir. Kim xalqı sevirsə, o prezidenti sevir”.

Müğənni sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib-etmədiyi barədə sualı isə cavabsız qoyub: “Tezliklə hər şeyi biləcəksiniz”.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov bildirib ki, hazırda seçki dairəsində 27 nəfərin namizədliyi təsdiq olunub: “Onlardan 11 nəfəri imza vərəqlərini qaytarıblar,1 nəfər isə qeydiyyata alınıb. Elza Nuru qızı Qasımova (Seyidcahan) da namizədliyini irəli sürüb. Elza xanım da imza vərəqələrini təqdim edib. Bu gün-sabah sənədlərinə baxıb namizədliyini qeydə alacağıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!