7 Yanvar, 2020
Süleymaninin öldürülmə əməliyyatının detalları ortaya çıxdı - Təyyarəsi 2 saat...

İranlı general Qasım Süleymaninin öldürülmə əməliyyatının detalalları təqdim edilib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Süleymani son 36 saatda bir neçə ölkəyə səfər edib. O, əvvəlcə Suriyadan Livana uçur. Orada "Hizbullah ideri ilə görüşdükdən sonra yenidən Suriyaya qayıdıb və təyyarə ilə Bağdada gəlir. Hava limanında onu "Haşdi Şabi" liderinin köməkçisi Əbu Mehti əl Mühəndisi qarşılayır. Daha sonra onları gözləyən iki avtomobilə minərək havalimanından Mühəndisinin evinə doğru yola düşürlər. Bu vaxt ABŞ-a aid pilotsuz təyyarədən atılan 3 raketlə hər iki avtomobil darmadağın edilir. Sui-qəsd baş vermədən əvvəl diqqəti çəkən ən vacib məsələlərdən biri də Süleymaninin gəldiyi təyyarənin 2 saat gec yola düşməsi olub. İranlı rəsmilər bildirib ki, bütün bu detallar ABŞ kəşfiyyatçılarının son 36 saat ərzində Süleymanini addım-addım izlədiklərini göstərir. Verilən məlumatlara görə, Süleymani İraqa gələndə həmişə Mühəndisinin evində qonaq olurmuş. Onun gedəcəyi yerlər həmişə gizli tutulurdu. Ziyarət edəcəyi ünvanlar son anda bilinirdi. İranlı general hətta müasir telefonlardan belə istifadə etmirdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!