7 Yanvar, 2020
Tovuzda itkin düşən 10 yaşlı qızın yanmış meyiti tapılıb

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb. Azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb. Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Qeyd edək ki, N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!