6 Yanvar, 2020
Yevlax sakinləri kənd qəbristanlığına su çəkilməsini istəyirlər

Yevlax sakinləri qəbirstanlıqda qəbirləri yumaq və ya ətrafındakı gül çiçəyi suvarmaq üçün uzaq məsafədən su gətirməli olduqlarını bildirirlər. Yeniavaz.com xəbər verir ki, Yevlaxın Aşağı Bucaq kənd sakinləri qəbristanlıqda su olmadığı üçün şikayət etdiklərini bildiriblər. Sakinlərin sözlərinə görə, məzarlığının yaxınlığında su arxı olsa da ondan bəzən su olmaması səbəbindən istifadə etmək mümkün olmur. Məzarlıqları ziyarətə gələnlər əl-üzünü yumağa və ya içməyə su tapmırlar. Məcburiyyətdən özləri ilə gətirirlər və ya yaxınlıqda yaşayanlardan almalı olurlar. Sakinlər bildirir ki, daha çox çətinlik isə isti yay aylarında yaşanır.

Kənd sakini Şəhla Əliyeva deyir ki, kənddəki qəbirstanlıqlar həm də baxımsızlıqdan batıb gedir. Həmçinin uzun illərdən bəri orada olan yaşıllıqlar da məhv olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!