6 Yanvar, 2020
Merkel Rusiyaya gedəcək

Yanvarın 11-də Almaniya kansleri Agela Merkel Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda Almaniya kanslerinin Rusiyaya işgüzar səfəri çərçivəsində Vladimir Putinlə beynəlxalq gündəmdə olan aktual mövzuları, o cümlədən Suriya və Liviyadakı vəziyyəti, yanvarın 3-də ABŞ-ın Bağdada endirdiyi raket zərbələri nəticəsində Yaxın Şərqdə gərinliyin artması ilə bağlı məsələləri müzakirə edəcəyi bildirilib.

Bundan başqa, Merkellə Putinin Ukraynanın cənub şərqindəki münaqişə ətrafında fikir mübadiləsi aparacağı da qeyd olunub.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!