6 Yanvar, 2020
Qasım Süleymaninin cənazəsi Tehrana gətirildi - FOTO

İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin cənazəsi paytaxt Tehrana gətirilib. Bununla bağlı “Tasnim” agentliyi məlumat yayıb. Tehran küçələrində minlərlə insan generalın cənazəsini daşıyan avtomobil karvanını müşayiət edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani və onun yaxın silahdaşları öldürülüb.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!