29 Dekabr, 2019
Trans yağların normativ həddi aşağı salına bilər - AZƏRBAYCANDA

"Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir. Bu rəqəm 2% olmalıdır". Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, AQTA Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq Azərbaycanda da trans yağların yuxarı həddinin 2% edilməsini istəyir: "Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır".

Q.Təhməzli bildirib ki, energetik içkilərdə olduğu kimi trans yağlarla müvafiq normativ hüquqi sənədlər işlənilir: "Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə veriləcək".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!