29 Dekabr, 2019
Bu ərazidə qaz yoxdur

Sulutəpədə baş verən avtomobil qəzası qaz kəmərini zədələyib. Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində təbii qazın verilişi dayandırılıb. İlkin məlumatlara görə, buna səbəb ərazidə baş verən qəza səbəbindən qaz kəmərinin zədələnməsidir.

Təhlükəsizlik məqsədilə əraziyə təbii qazın verilişi dayandırılıb. Hazırda ərazidə təmir işləri aparılır. Bildirilib ki, axşam saat 18:00-dək ərazidə qazın verilişi bərpa olunacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!