29 Dekabr, 2019
Kürdəmirdə ağır qəza: ölən və xəsarət alanlar var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Dekabrın 28-də Ağsu-Kürdəmir İmişli yolunun Kürdəmirin Sor Sor kəndindəndən keçən hissəsində rayonun Xəlsə kənd sakini, 1938-ci il təvəllüdlü Rəhimov İsgəndər Həbiş oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Mollakənd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Xanasonuvun idarə etdiyi “VAZ 21063” markalı maşın toqquşub.

Nəticədə, A.Xasanov hadisə yerində ölüb, İsgəndər Rəhimov və onun sərnişinləri - 1984-cü il təvəllüdlü Kərimova Aygün Əlhüseyn qızı, 2006-cı il təvəllüdlü Kərimov Rəhman Rəşad oğlu xəsarət alıblar. Faktla bağlı cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!