27 Dekabr, 2019
Qazaxıstanda sərnişin təyyarəsi binaya çırpılıb: Çox sayda ölən var

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. TASS xəbər verir ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub. Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirilir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb. Qəza yerində dərhal xilasetmə işləri başlayıb: sərnişinlər və heyət üzvləri təxliyə olunub, yanğının qarşısı alınıb. İlkin məlumata görə, qəza nəticəsində azı yeddi nəfər ölüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!