26 Dekabr, 2019
Türkiyənin Ticarət naziri Azərbaycana gəlir

Bu gün Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycana gəlir. Hurriyet.com-un xəbərinə görə, o, Baş nazirin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə ikitərəfli görüşlər keçirəcək.

Türkiyə Ticarət Nazirliyindən verilən məlumatda bildirilir ki, sabah Azərbaycan Prezidenti İlham Əliyev R.Pekcanı qəbul edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!